“Qarabağ” – “Çelsi”: Bilet sayı, ajiotaj qaçılmazdır

Azərbaycan futbolu tarixinin ən tarixi anlarını yaşamaqdadır. Bu, sözsüz ki, Almaniyaya 0-7 uduzmağımız yox, “Qarabağ”ın qitənin ən nüfuzlu turniri Çempionlar Liqasında  çıxışıdır.

Ölkə kubokunun son qalibi, son ölkə çempionu “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində 5-ci oyununa çıxacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda 22 noyabr tarixdə Bakı Olimpiya Stadionunda İngiltərənin dünya şöhrətli klubu “Çelsi”ni qəbul edəcək. Offside.com.az xəbər verir ki, nəzərdə tutulan biletlərin çox böyük hissəsi satılıb. Bizdə olan son məlumata görə, artıq 53 min bilet satılıb. Oyuna 10 gün qalmış bu qədər biletin satılmasını və arenanın 69 min tamaşaçı tutumuna malik olmasını nəzərə alsaq, oyunda anşlaq olacağını və tribunaların dolacağını söyləyə bilərik.

futbol11.az

110 baxış