Muarem Muarem yeni klubundan göndərilir

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem hazırda çıxış etdiyi “Aktobe”dən göndəriləcək. Offside.com.az xəbər verir ki, klubun idman direktoru Maksat Tyumaliyev bildirib ki, yeni ildən makedoniyalı futbolçu da daxil olmaqla 5 əcnəbi futbolçu ilə yollar ayrılacaq.

Qeyd edək ki, Muarem “Aktobe”yə bu ilin yayından “Qarabağ”la müqaviləsi başa çatdıqdan sonra keçib. O, qazax klubunun heyətində 15 oyun keçirib və 1 qol vurub. Bu qol isə Qazaxıstan çempionatından oktuabrın ən yaxşı qolu seçilib.

qol.az

31 baxış