Millimizin oyunu canlı yayımda

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Kosovo oyun canlı yayımlanacaq.

Offside.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, qarşılaşma saat 18:00-da başlayacaq.

26 baxış