İlin futbolçusu adına son 5 namizəd

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

Offside.com.az xəbər verir ki, ən yaxşı adına beş futbolçu namizəd qalıb. Siyahıda bu futbolçuların adları yer alıb:

Viktor Mozes (“Çelsi”), Sadio Mane (“Liverpul”), Məhəmməd Salah (“Liverpul”), Nəbi Keyta (“Leypziq”), Pyer-Emerik Obameyanq (“Borussia”, Dortmund).

Qeyd edək ki, Afrikada ilin ən yaxşı futbolçusu 1992-ci ildən mükafatlandırılır. Ötən il bu mükafatı İngiltərənin “Lester Siti” klubunun futbolçusu Riyad Mahrez qazanmışdı.

goal.az

40 baxış