“Drinkuoter bir daha İngiltərə millisinə çağrılmamalıdır”

“Chelsea”nin yarımmüdafiəçisi Daniel Drinkuoter İngiltərə millisindən gələn dəvəti qəbul etməmişdi. Futbolçu bunu zədədən sonra optimal formada olmaması ilə izah etmişdi. Offside.com.az xəbər verir ki, yaxın keçmişin məşhur futbolçusu Alan Şirer onu ciddi tənqid edib.

“Bəzən mənə elə gəlir ki, söhbət dünya çempionatının final mərhələsindən getsəydi, bəzi futbolçuların zədəsi daha tez sağalardı. Oyunçu klubda az meydana çıxdığı üçün milliyə dəvətdən imtina edər? Denni Drinkuoter, nə barədə düşüürsən? Bu şəxs milli komandada görmək istədiklərim arasında yoxdur. Etdiyi jesti nəzərə alıb ona yenidən dəvət göndərmək lazım deyil. Mənim vaxtımda futbolçuların əksəriyyəti milli komandada ehtiyata düşmək üçün əlindən ələni edirdi. İndi klublar daha vacibdir və beynəlxalq arena əyləncədir? Futbolçu milliyə çağrılmasına görə fəxr etməlidir. Bu, daha yüksək səviyyəyə çıxmaq üçün təkan olmalıdır”.

goal.az

39 baxış