“Beşiktaş” futbolçuları Avropa klublarının hədəfində

Son 2 mövsümün Türkiyə çempionu “Beşiktaş”ın 4 futbolçusu Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb. Offside.com.az xəbər verir ki, Çempionlar Liqasında göstərdiyi məhsuldar oyuna görə, xüsusilə Cenk Tosunun müştəriləri çoxdur. Onunla “Tottenham”, “Milan”, “Volfsburq”, “Everton”, “Nyukasl Yunayted” və “Kristal Palas” kimi klublar maraqlanır. “qara qartallar”ın gənc yarımmüdafiəçisi Tolqay Arslanı “Tottenham”, “Latsio” və “Valensia” izləyir.

İstanbul klubunun digər üzvləri Toşiç və Oğuzhana da Avropa klublarında tələbat var. Türkiyə mətbuatı “Tottenham”in serbiyalı müdafiəçiyə görə 8 milyon avrodan keçməyə hazır olduğunu yazır.

Klubun prezidenti Fikret Orman son açıqlamasında Tolqay, Cenk və Oğuzhana görə təkliflər gəldiyini təsdiqləyib. O, bu təklifləri yanvarda nəzərdən keçirəcəklərini qeyd edib.

55 baxış