“Arsenal” Özillə Sançesin qiymətini açıqladı

“Arsenal” gələn ilin yayında klubla müqavilə müddəti bitəcək Məsut Özilə qiymət qoyub.

Offside.com.az xəbər verir ki, “topçular” qışda ayrılacağı gözlənilən türk əsilli yarımmüdafiəçini 35 milyon avroya satmağı planlaşdırır. Özil kimi London təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda bitəcək Aleksis Sançes üçün də eyni transfer məbləği müəyyənləşdirilib.

Məsutun xidmətində “Mançester Yunayted”, Sançesin transferində isə “Mançester Siti” maraqlıdır.

goal.az

74 baxış