Futbolçuları axmaq zədə səbəbləri

Normalda oyunçular ya oyunda, ya da məşq vaxtı zədələnə bilərlər. Amma ele bir qrup oyunçular var ki, gözlənilməz vəziyyətdə zədə ala bilərlər. Bu zədə səbəbləri gülməli görsənsə də, realdılar. Onlarla tanış olaq.

Картинки по запросу дэвид Джеймс англия

Devid Ceyms – televizor. İngiltərə millisinin eks-qapıçısı televizora baxan zaman zədələnmişdi. Ceyms kanalı dəyişmək istəyərkən, pulta əlini uzatdı, bu halda da belin əzələsini dartdı. Bu zədə səbəbində Devid bir neçə həftə meydandan kənar qaldı. Bu dəfə isə televizorsuz.

Картинки по запросу Даррен Бент астон вилла

Daren Bent – buterbrod. İngiltərə millisinin və bir çox ingilis klubların keçmiş hücumçusu öz evində ciddi zədə aldı. Daren özünə mayonezlə sürtülmüş buterbrod düzəltmək istədi. Futbolçu bankaya bıçaqla açan zama bunu axmaqcasına etdi. Bent nəinki mayonezi üstünə tökdü, hətta ciddi olaraq özünü kəsdi və zədələdi.

Pavel Pooqrebnyak – böyük dərə. 2004-cü ildə “Spartak”ın gənc hücumçusu UEFA kubokunda “Malyorka”ya qarşı 1/16 finalda öncə məşqlərdə o qədər çox çalışırdı ki, meydançanı tərk  edən topu dalıyca da qaçdı. Poqrebnyak reklam tabloların arxasında dərin beton dərə olduğunu bilmirdi. Reklam tabloidlərin üstündən tullanan oyunçu düz o qazılmış dərəyə düşdü. Nəticədə, Poqrebnyak üç metrlik dərəyə düşərək sağ qaldı, lakin zədələr aldı və yanağı cırıldı.

Jerom Boatenq – ərzaqlarla dolu araba. Təyyarədə uçuş “Bavariya”nın müdafiəçisi üçün uğursuz alındı. O, düz təyyarədə zədələndi. Dəhlizdə olan içkilərlə dolu arabaya ayağı ilişən alman oyunçu yıxıldı və növbəti oyun komandasına kömək edə bilmədi.

Картинки по запросу нелепых травм футболистов

Darius Vassel – elektrodrel. 2002-ci ildə özünü sağaltmağa qərar verdi. Ayaq barmağının dırnağının altında kəsik var idi, amma o, buna fikir verməyib və həkimə deməyib, özü o yaranı sağaltmağa cəh göstərdi. Vassel elektrodreli götürdü və ayağına deşik açdı ki, çirk çıxsın, amma Darius hesabını düzgün götürmədi və dırnağını qopardı. Ayaq daha çox şişdi və oyunçu bir neçə həftəlik futboldan kənar qaldı.

Картинки по запросу Ричард Райт сити

Riçard Rayt – tablo. “Arsenal”, “Everton” və “Siti”nin eks-qapıçısı oyundan əvvəl isinmə hərəkətləri zamanı zədə aldı. Rayt tablonu görmədi və ona ilişərək yıxıldı, belə də də zədə aldı. Tabloda isə yazılmışdı: “Qazonda gəzmək qadağandır!”, Riçard isə öz diqqətsizliyi ucbatından qabırğasını sındırdı və bir neçə ay futbol oynamadə

Картинки по запросу Алессандро Неста PlayStation

Alessadro Nesta – PlayStation oyunu. “Milan”ın müdafiəçisi boş vaxtında PlayStation oynayardı. Oyun vaxtı oyunçunun “italyan qanı” öz sözünü dedi, oyun vaxtı Nesta o qədər başı virtual futbola qarışdı ki, bilək əzələsindən zədələndi. Növbəti oyunda o, əlində sarğı ilə meydana çıxdı.

Karlo Kudiçini – it. Bir dəfə “Çelsi”nin keçmiş qapıçısı öz iti ilə Londonun parklarının birində gəzirdi. Bir anlıq it nə isə hiss etdi və qaçdı, nəticəsə sahibinin əlində olan ipi möhkəm dartdı. Buna görə kudiçini də itin dalıyca qaçmalı oldu, nəticədə oyunçu yıxıldı və ciddi diz zədəsi aldı. Qapıçı sonra dizindən əməliyyat olundu.

Картинки по запросу Эвер Банега

Ever Baneqa – avtomobil. Argentinalı maşınına görə hətta altı aylıq meydandan kənar qaldı. Baneqa yanacaq doldurma məntəqəsində maşından çıxaraq maşının avto dayanmaya qoymağı unutdu. Nəticədə, maşın yerindən tərpəndi və ayağının üstündən keçdi. Oyunçunun ayağının sümükləri sındı və əməliyyat keçirdi.

Похожее изображение

Mixael Renzinq – buts qaytanları. 2008-ci ildə “Bavariya”nın gənc qapıçısı butslarının qaytanlarını bağlayan zaman belin əzələlərini dartdı. O vaxt komandanın baş məşqçisi Otmar Hitsfeld buna çox əsəbləşdi və hətta oyunçu üçü “qaytanlarını bağlayacaq birisini axtarmağı tapşırıq verdi”. Oyunçu isə zədəyə görə bir neçə vacib oyunu buraxmalı oldu.

 

Orijinal məqalə burada.

880 baxış