Messi oynamayacaq

Argentina millisinin kapitanı Lionel Messi Nigeriya ilə yoxlama oyununu buraxacaq. Offside.com.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Xorxe Sampaoli məlumat verib: "Nigeriya ilə oyuna çıxacaq heyət haqqında düşünməmişəm. Matçan sonra hər bir futbolçunun fiziki göstəricilərinin necə olacağına baxmaq lazımdır. Amma Messi Nigeriya ilə görüşdə iştirak etməyəcək. Bu gün oynamayanlar,

“Möcüzə üçün “Qarabağ” da uğurlu olmalıdı” – “Atletiko”nun prezidenti

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Atletiko” prezidenti Enrike Serezo ölkəsinin mətbuatına geniş müsahibə verib. Offside.com.az xəbər verir ki, “Marka” nəşrinə danışan madridlilərin prezidenti komandasının Çümpionlar Liqasındakı uğursuz çıxışından bəhs edərkən “Qarabağ”la oyunlara da toxunub. Sözügedən müsahibədən “Qarabağ”la hissələri təqdim edirik. - Hər zaman iddia etmisiniz ki, hazırkı heyət “Atletiko” tarixinin

“Fənərbağça”ya sürpriz təklif

“Fənərbaxça”da əsas heyətə düşməkdə çətinlik çəkən Roberto Soldado tezliklə vətəninə qayıda bilər. Offside.com.az xəbər verir ki, ispaniyalı forvard aşağı liqa təmsilçisi “Osasuna”nın maraq dairəsinə düşüb. Bu mövsüm La Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyan “Osasuna” 32 yaşlı forvardla bağlı türklərlə danışıqlara başlayıb. İspanlar onu qış fasiləsində 6 aylıq müddətinə icarəyə götürmək

“Qarabağ”ın rəqibi 30 milyon ayırdı

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Atletiko” transfer çalışmalarını davam etdirir. Offside.com.az xəbər verir ki, Madrid təmsilçisi hücum xəttini bir qədər də gücləndirmək niyyətindədi. “Çelsi”dən Dieqo Kostanı alan “Atletiko” “Napoli”nin forvardı Dris Mertensə də “elçi düşüb”. İspaniya nəhənginin baş məşqçisi Dieqo Simeone rəhbərlikdən belçikalı futbolçunun alınmasını tələb edib. “Atletiko” bu

Argentina Rusiyanı 1 qolla üstələdi (Video)

DÇ-2018-in ev sahibi Rusiya millisi yoxlama oyunu keçirib. Offside.com.az xəbər verir ki, komanda mundiala seçmə mərhələnin son matçında vəsiqə qazanan Argentina ilə qarşılaşıb. Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yoxlama oyunu Rusiya - Argentina - 0:1 Qol: Aquero, 86

Rəşad Sadıqov “Beşiktaş”da təcrübə keçib (FOTOLAR)

Azərbaycan milli komandasının sabiq kapitanı, "Qarabağ" U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov Türkiyədə təcrübə keçib. Offside.com.az xəbər verir ki, Ağdam klubunun 35 yaşlı kapitanı bu məqsədlə "Beşiktaş"ın düşərgəsində olub. Belə ki, təcrübəli müdafiəçi Super Liqanın son qalibinin bazasında bir neçə günlük təcrübədə olub. Bu, məşqçilikdəki ən yüksək kateqoriya olan Pro kursları

Konte ilə Luis barışdı

“Çelsi”nin baş məşqçi Antonio Konte və komandanın müdafiəçisi David Luis arasındakı gərginlik aradan qalxıb. Offside.com.az xəbər verir ki, bu həftə tərəflər arasında görüş keçirilib. Onlar vəziyyəti düzəltmək üçün razılığa gəliblər. Bundan sonra braziliyalı futbolçu komanda ilə məşqlərə qoşulub. Qeyd edək ki, Luis Kontenin taktikasını tənqid etdiyi üçün əsas komandadan kənarlaşdırılmışdı. qol.az

İlqar Qurbanov: “Qurban Qurbanov elə adamdır ki, futbolçunun haqqını verir”

"Qəbələ" bu gün milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edib. "Qırmızı-qaralar" "Zirə" ilə qarşılaşıb. Oyunda qəsəbə təmsilçisi "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Offside.com.az xəbər verir ki, mövsümün ilk turlarında zədələnərək 2 ay yaşıl meydanlardan uzaq qalan "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov "Zirə"yə qarşı 45 dəqiqə oynayıb. Daha sonra o jurnalistlərin

“Kəpəz”in zədəlilərinin son durumu

“Kəpəz”in zədəli futbolçularından Samba Diallonun vəziyyəti normaldı. Offside.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, zədə üzündən 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən futbolçunun hazırlığı qaydasına düşüb. Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq. “Sarı-göylər”in daha bir üzvü

“Real”dan PSJ-yə 80 milyonluq təklif

PSJ-nin müdafiəçisi Markinyos karyerasını İspaniyada davam etdirə bilər. Offside.com.az xəbər verir ki, Braziliya millisinin üzvü Madrid “Real”ının maraq dairəsinə düşüb. “Kral klubu” 23 yaşlı futbolçunun keçidi ilə bağlı artıq qarşı tərəflə danışıqlara başlayıb. Mərkəz müdafiəçisi axtarışında olan “Real” “sambaçı”nın transferi müqabilində fransızlara 80 milyon avro təklif edib. Lakin PSJ rəhbərliyi hələlik