Rəşad Sadıqov “Beşiktaş”ın düşərgəsinə yollanacaq

Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov Türkiyəyə yollanacaq. Offside.com.az xəbər verir ki, Ağdam klubunun əsas komandasında çıxış edən futbolçu qardaş ölkədə təcrübə keçəcək. 35 yaşlı müdafiəçi bildirib ki, “Beşiktaş” klubunun bazasında bir neçə günlük təcrübədə olacaq. qafqazinfo.az

“Qalatasaray” azarkeş sayına görə də liderdir

2017/18 mövsümündə Türkiyə Superliqasının əsas çempionluq namizədi "Qalatasaray" stadiona gələn azarkeşlərin sayına görə də liderlik edir. Offside.com.az xəbər verir ki, geridə qalan 11 turda "sarı qrımızılar"ın matçını orta hesabla 40842 tamaşaçı izləyib. Ötən il bu göstərici 33293 olub. Maraqlıdır ki, "Qalatasaray" bu mövsüm evdə "dörd böyüklər"dən yalnız "Fənərbaxça" ilə qarşılaşıb.

“Real”da penalti yoxdur

"Real" bu mövsüm La Liqada indiyə kimi heç bir penalti qazanmayıb. Offside.com.az xəbər verir ki, bu barədə "Marca" qəzetinin hazırladığı yazıda bildirilib. Qeyd olunub ki, 36 ildən sonra Madrid klubu ilk dəfə ölkə çempionatının ilk 11 turunda penalti qazanmayıb. Lider "Barselona"dan 8 xal geridə qalan "Real"da hücumçular Kriştiano Ronaldo və Kərim

“Barselona”ya şad xəbər

“Barselona”da üzlər gülür. Offside.com.az xəbər verir ki, buna səbəb sentyabrda sıradan çıxan Usman Dembelernin növbəti “El-Klassiko”ya – “Real”la matça kimi hazır olacağıdı. İlkin müayinələr vaxtı onun yanvarda sıraya dönəcəyi deyilsə də, 20 yaşlı fransalının zədəsi gözləniləndən də tez yaxşılaşır. Qeyd edək ki, sözügedən matç dekabrın 23-də Madriddə keçiriləcək.

“Çempionlar Liqasında bizə bir qələbə lazımdı” – Kante

Mövsüm elə də uğursuz keçmir. Ancaq “Roma”ya məğlubiyyət çox pis oldu”. Offside.com.az xəbər verir ki, bunu “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante deyib. Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan London klubu növbəti oyununu noyabrın 22-də Bakıda “Qarabağ”a qarşı keçirəcək. Fransalı yarımmüdafiəçi son qarşılaşmada “Roma”ya böyük hesabla (0:3) məğlub olmalarına baxmayaraq, 1/8 final

“Qarabağ” futbolçusu milliyə çağırıldı

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerrye Haiti millisinə çağırılıb. Offside.com.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliyi ilə yoxlama matçı üçün yığmaya dəvət edilib. BƏƏ - Haiti görüşü noyabrın 10-u keçiriləcək. Qeyd edək ki, 2010-cu ildən millinin şərəfini qoruyan D.Gerrye  49 oyunda 9 qol vurub.

“Bu cür sözləri Cavidə yaraşdırmıram” – Milan Duriç

Offside.com.az xəbər verir ki, Zirə”nin yarımmüdafiəçisi Milan Duriç Qol.az saytına müsahibə verib. Serbiyalı futbolçu əvvəlcə Topaz Premyer Liqanın XI turunda “Neftçi” üzərində 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb. - Çox yaxşı oynadıq və vacib 3 xal qazandıq. Sevindirici haldır ki, yaxşı nəticələrlə yolumuza davam edirik. - Birinci dövrədə olduğu kimi yenə

Mourinyo vergini ödədi

“Manchester United”in baş məşqçisi Joze Mourinyo məhkəmə qarşısına çıxıb. Offside.com.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı İspaniyanın vergi orqanları ilə problemini həll edib. Mourinyo müəyyən məbləğ ödəyib və bununla da iş bağlanıb. İspaniyanın vergi orqanları Jozenin 3,3 milyon avroluq vergidən yayındığını iddia edirdi. Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Madrid “Real”ını çalışdırıb.

“Real”ın alman futbolçusu haqqında film çəkilir

"Real Madrid" və Almaniya millisinin futbolçusu Toni Kroos öz həyatından bəhs edən sənədli filmdə çəkiləcək. Offside.com.az xəbər verir ki, filmin təqdimatı 2019-cu ildə keçirilə bilər. Bu filmin rejissoru Kroosun həmyerlisi Leopold Xyoşdur. O. məşhur basketbolçu Dirk Novitzki barədə və Almaniya millisinin 1954-cü il dünya çempionluğundan bəhs edən "Bern möcuzəsi" filmilərini çəkməsi

“Qalatasaray” məşhur şərhçini məhkəməyə verir

"Qalatasaray" idman şərhçisi Rıdvan Dilmeni məhkəməyə verməyə hazırlaşır. Offside.com.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib ki, Rıdvan  Dilmen 4 oktyabrda efirə gedən "Yüzdə yüz futbol" verilişində klubu qanunsuz iş görməkdə ittiham etdiyinə görə haqqında araşdırma tələb edəcəklər. Başqa bir verilişə telefonla qoşulan Dilmen "Qalatasaray" haqda ədəsizlik, əxlaqsız söz sərf edəcək adam