“Sumqayıt” tarixinin yeni bombardiri

Premyer Liqanın XI turunda keçirilmiş “Sumqayıt” – “Keşlə” (3:1) oyunu meydan sahiblərinin hücumçusu Amil Yunanov üçün əlamətdar olub. Offside.com.az xəbər verir ki, gənc forvard “gənclik şəhəri” təmsilçisinin tarixinə düşüb. Komandasının 2-ci qolunun müəllifi olan Yunanov cari mövsümdə Premyer Liqada toplarının sayını 5-ə çatdırıb. “9 nömrə” “Sumqayıt”ın heyətində 23-cü qoluna imza ataraq,

Premyer Liqa klubunda məşqçi ilə yollar ayrıldı

İngiltərənin “Vest Hem” klubu baş məşqçisiz qalıb. Offside.com.az xəbər verir ki, Slaven Biliç komandanı tərk edib. Bu, Premyer Liqanın XI turunda “Liverpul”a 1:4 hesablı məğlubiyyətdən sonra baş verib. Xorvatiyalı çalışdırıcı komandanı çətin durumdan çıxara bilmədiyini görərək, postdan ayrılmaq qərarına gəlib. Onun yerinə kimin gətiriləcəyi hələ bəlli deyil. Qeyd edək ki, 11 turdan sonra

Əfsanəvi futbolçu karyerasını yekunlaşdırdı

İtaliyanın əfsanəvi futbolçusu Andrea Pirlo karyerasını bitirib. Offside.com.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi bu gün son matçını keçirib. “Nyu-York Siti”nin ABŞ çempionatının pley-off mərhələsində “Kolambus”la keçirdiyi qarşılaşmanın 90-cı dəqiqəsində meydana girən veteran oyunçu bununla da futbolla vidalaşıb. Oyun “Nyu-York Siti”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qeyd edək ki, Andrea Pirlo karyerası

“Liverpul” Silvanı istəyir

“Liverpul” rəhbərliyi komandanı gücləndirmək niyyətindədi. Offside.com.az xəbər verir ki, “mersisaydlılar”ın baş məşqçisi Yurgen Klopp yarımmüdafiə xəttinə yeni oyunçunun alınmasını istəyib. “Qırmızılar” “Mançester Siti”nin ispaniyalı futbolçusu David Silva ilə yaxından maraqlanırlar. Mançester təmsilçisi ilə 2019-cu ilin yayına qədər sözləşməsi olan təcrübəli xavbek hələ ki, yeni müqavilə barəsində razılıq verməyib. “Liverpul” da məhz bu

Makelele Belçika klubunda

Fransa millisinin və "Real"ın sabiq üzvü Klod Makelelenin yeni klubu bəlli olub. Offside.com.az xəbər verir ki, veteran yarımmüdafiəçi Belçikanın "Eypen" klubunu çalışdıracaq. Klubun rəsmi saytı 44 yaşlı məşqçinin noyabrın 7-dən işinə başlayacağını açıqlayıb. “Eypen” 14 turdan sonra 10 xalla sonuncu – 14-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Makelele buna qədər PSJ və “Suonsi”də

Əmrə Mor heyətdən çıxarıldı

Türkiyə millisinin üzvü Əmrə Mor Rumıniya və Albaniya ilə keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək. Offside.com.az xəbər verir ki, gənc yarımmüdafiəçi zədələnib. “Selta “Viqo”nun futbolçusu İspaniyada məşq zamanı ayağından zədə alıb. Buna görə də Ə.Mor müalicə almaq üçün İspaniyaya qayıdacaq.

Fərid Çexiyada dubl etdi

19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyev Çexiyada növbəti oyununu keçirib. Offside.com.az xəbər verir ki, “Slaviya”nın U-21 komandasında çıxış edən futbolçumuz “Slovan”la qarşılaşmada dubl edib. Start heyətdə meydana çıxan 18 yaşlı oyunçu 73 və 86-cə dəqiqədə fərqlənərək komandasının 4:2 hesablı qələbəsində böyük pay sahibi olub. Qeyd edək ki, “Slaviya” bu nəticədən

Cüneyt Çakır Almaniya – Fransa oyununda

Türkiyəli hakim Cüneyt Çakır daha bir oyuna təyinat alıb. Offside.com.az xəbər verir ki, o, Almaniya - Fransa yoxlama matçını idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək. Qeyd edək ki, Almaniya - Fransa görüşü noyabrın 14-ü keçiriləcək. C.Çakır bu matçdan 4 gün əvvəl

Baş məşqçi və komanda yoldaşı Kamran Ağayevi qınadı

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin “Mlada Boleslav” klubundakı son hərəkəti Çexiyada birmənalı qarşılanmayıb. Offside.com.az xəbər verir ki, söhbət həmyerlimizin “Ostrava” ilə çempionat matçında qırmızı vərəqə alaraq, komandasını azlıqda qoymasından gedir. “Mlada Boleslav”ın 1:0 hesablı qələbə qazandığı matçın 72 dəqiqəsi Kamran üçün yaxşı keçsə də, sonrakı dəqiqələrdə Ağayev heç nədən iki sarı

“Neftçi”nin 2 fərqli seriyası: Biri bitdi, birinə davam

Topaz Premyer Liqasında ardıcıl 4 oyunda qalib gələn “Neftçi”nin qələbə seriyası qırılıb. Offside.com.az xəbər verir ki, "ağ-qaralar” XI turun “Zirə” ilə səfər oyunundan xalsız ayrılıb. 0:1 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri 42 gündən sonra xal itkisi və məğlubiyyət acısı yaşayıb. Paytaxt klubu sonuncu dəfə sentyabrın 24-də “Qəbələ” ilə görüşdə uduzmuşdu –