Azarkeşlərlə dava edən futbolçular

Ulduz futbolçu Patris Evranın Avroliqada “Quimarayeş”lə oyun öncəsi azarkeşə zərbə endirməsi haqqında məlumat vermişdik. Bəs daha hansı futbolçular belə insidentlər yaşayıblar? Offside.com.az təqdim edir:

Anton Kanibolotski- Hazırda “Qarabağ”da çıxış edən ukraynalı qapıçı Anton Kanibolotski “Şaxtyor”da çıxış edərkən əsəblərinə hakim ola bilməmişdi. Səbəb isə rəqib azarkeşin meydana daxil olaraq ona orta barmaq göstərməsi olub. Anton isə əks həmlə olaraq fanatın üzünə zərbə endirmişdi.

Piter Şmayxl– “Qalatasaray”ın “Mançester Yunayted”lə 3-3 bərbərə qaldığı oyunda “qırmızı şeytanlar”ın əfsanəvi qapıçısı Petr Şmayxl meydana daxil olan türk azarkeşdən yapışaraq onu meydandan kənara atmışdı. Onun bu hərəkətindən sonra “cimbom” futbolçuları qapıçının üzərinə şığımışdı.

Eden Azar– “Çelsi”nin ulduzu Eden Azar “Suonsi” ilə keçirilən səfər oyununda topu ona verməyə top daşıyan uşağa zərbə endirmişdi. Onun bu hərəkəti sonrası hakim Edeni qırmızı vərəqə ilə cəzalandırmışdı.

Eran Zahavi- Hazırda Çində çıxış edən israilli futbolçu Zahavi “Makkabi” Təl Əviv illərində dava ilə gündəmə gəlmişdi. Zahavi meydana yarı çılpaq daxil olan azarkeşlər yumruqlaşdıqdan sonra təpik də vurmağa imkan tapmışdı. Bundan sonra təbii ki, qırmızı vərəqə ilə cəzalandırıldı.

Erik Kantona– Bu mövzuda ağıla ilk gələn futbolçu məhz Erikdir. 1995-ci ildə “Kristal Palas” ilə oyunda rəqib azarkeşə uçaraq zərbə endirən Kantona 8 aylıq futboldan kənarlaşdırılmışdı. Həmçinin ona 120 saatlıq ictimai iş verilmişdi.

1. 205 baxış