Lobanovski, Dənizli, Hiddink və Qurbanov

Bu gün Qurban Qurbanovun futbol üzrə milli komandamızın baş məşqçi olduğu açıqlandı. Bir çoxları üçün bu gözlənilən qərar idi. Lakin yerli futbol azarkeşlərini düşündürən bir sualla tez-tez qarşılaşırdım.

“Qurban müəllim milliyə getsə, bəs “Qarabağ”ı kim çalışdıracaq?” kimi bu və buna bənzər suallar gündəmi zəbt etmişdi. Qurbanov milli komandanı çalışdırmaqla birlikdə “Qarabağ”dakı işinə də davam edəcək. İndi təcrübəli çalışdırıcı iki cəbhədə mübarizə aparacaq. Bəlkə də 3,4…

Bu təyinatdan sonra ortaya bir sual çıxır. Qurban Qurbanov həm millidə, həm də klubda nə dərəcədə uğurlu ola biləcək? Çünki dönüb geriyə baxdığımızda bu növ təyinatların uğur vədd etmədiyini görürük. Lakin, Qurban müəllimə göstərilən etimadın doğruldacağına inanıram və bu çətin, məsuliyyətli yolda ona uğurlar arzulayıram.
Gəlin sizinlə birlikdə bir az əvvələ dönək və bu təyinata bənzər təyinatları bir daha yada salaq.

VALERIY LOBANOVSKI (“Dinamo Kiyev” və SSSR – 1986)-(“Dinamo Kiyev” və Ukrayna – 2000)

MUSTAFA DENİZLİ (“Qalatasaray” və Türkiye)-1987

RIKKI HERBERT (“Yeni Zellandiya Kniqs” və Yeni Zellandiya 2006) – (“Vellinqton Feoniks” və Yeni Zellandiya – 2007)

MARK HUQHES (“Mançester Siti” və Uels)-1999

QUS HİDDİNK (PSV və Avstraliya – 2002)- (“Çelsi” və Rusiya – 2009)

ROY KİN (“Aston Villa” & İrlandiya-köməkçi məşqçi) – 2014

DİK ADVOKAT (“AZ Alkmaar” və Belçika) – 2010

BİLLİ BINQHAM (“Sotport” və Şimali İrlandiya – 1967) (“Plimot” və Şimali İrlandiya – 1968)

FATİH TƏRİM (“Qalatasaray” və Türkiyə – 2013)

Əcəmi Əsədulla

956 baxış