AFFA Renatın millidən imtina etdiyini təsdiqlədi

AFFA-nın baş katibi Elxan Məmmədov əsas yığmamızın üzvü Renat Dadaşovun U-19 millimizdə oynamaqdan imtina etməsini təsdiqləyib.

Offside.com.az-ın məlumatına görə, o, bunu jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədovun sözlərinə görə, gənc hücumçu Avro-2019-un seçmə mərhələsində Almaniya və Kosovo ilə oyunlarda iştirak etmək istəməyib. “Ayntraxt”ın futbolçusu U-19 millimizin baş məşqçisi Samir Ələkbərovla söhbətində yığmadan imtinasının səbəbini komandasının vacib oyunlarının olması ilə əlaqələndirib.

79 baxış