“Qarabağ”ın gənclərinin növbəti sınağı

Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start veriləcək.

Offside.com.az xəbər verir ki, yarışda C qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ”ın gənclər komandası İspaniyada “Atletiko” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qrupun digər matçında “Roma” və “Çelsi” ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl “Çelsi”yə 0:5, “Roma”ya 0:3, “Atletiko”ya 1:5 hesabı ilə uduzub.

Gənclər Liqası

18:00. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan)
Madrid. “Estadio Cerro del Espino”

qol.az

22 baxış