“Neftçi” 6 futbolçu ilə əməkdaşlığa son qoymağa hazırlaşır

1 və ya 1, 2 nəfər bir kollektivə çox böyük ölçüdə təsir göstərə bilər. Biz bunu Tərlan Əhmədovun müəyyən mənada Rəşad Sadiqovun “Neftçi”yə gətirdiyi ruh yüksəkliyinin timsalında gördük. “Neftçi” oyunçu potensialına, maddi durumuna görə ölkənin öndəgələn klublarındandır. Sadəcə, Vəli Qasımovla Elxan Abdullayev bu potensialı aça bilmədilər.

Offside.com.az xəbər verir ki,ardıcıl 4 oyunda qazanılan qələbə hazırkı baş məşqçi Tərlan Əhmədovun bu potesialdan möhtəşəm şəkildə istifadə etdiyinə əyani sübutdur. Lakin Əhmədov 4 qələbəni işin tamamı hesab etmir və uzun marafonu uğurla başa vurmaq üçün heyətə əl gəzdirmək istəyir. Bizdə olan məlumata görə, Rəşad Əzizlinin inamlı çıxışı Tərlan Əhmədovun qapıçı transferi istəyini təxirə salıb. Veteran müdafiəçi düşünür ki, Səlahət Ağayev və Rəşad Əzizli ikilisi ən pis halda Maksim Vaylo variantı hazırda idealdır.

Əhmədov əsasən müdafiənin mərkəzinə və hücumun sivri ucuna futbolçu axtarır. Axtarışların fonunda gedənlər də artıq müəyyənləşmək üzrədir. Bizdə olan məlumata görə, legionerlərdən Daniel Seqovia, Mateo Mujek, Pavel Dreksa Əhmədovun planlarının heç 1 faizinə də daxil deyil və onlarla əməkdaşlığa son qoyulacaq. Əhmədov stilində olmayan, amma öz oyunu ilə “Neftçi”yə artıq ayaq uyduran Kiril Petrov isə komandada saxlanılacaq. Yerli futbolçulardan Rahil Məmmədov, Məqsəd İsayev, Tərzin Cahangirov kimi oyunçuların daha çox oynaya biləcəyi klublara göndəriləcəkləri gələn xəbərlər arasındadır.

Mənbə: Futbol11.az

1. 396 baxış