Dino Ndlovu milliyə çağırıldı

“Qarabağ”ın hücumçusu Dino Ndlovu növbəti dəfə Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.  Baş məşqçi Stüart Bakster 27 yaşlı futbolçunu Seneqalla oyunlara çağırıb.

26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Qeyd edək ki, bu qarşılaşma ötən il oynanılıb və CAR-ın qələbəsi ilə yekunlaşıb – 2:1. Amma FİFA hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib.

Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək

94 baxış