“Çelsi” üçün şad xəbər

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante zədədən sonra heyətə dönməyə hazırdır. Offside.com.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antonio Konte açıqlamasında bildirib.

İtaliyalı çalışdırıcı Kante zədəsini sağaldığını deyib. Sadəcə futbolçunu heyətə cəlb etmək üçün doğru zamanı tapmalıdılar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının növbəti turunda “Bornmut”la qarşılaşacaq londonluların heyətində Kantenin meydana çıxıb-çıxmayacağı bilinmir.

30 baxış