Futbolun peyğəmbəri

“Futbolun tanrısı”. Bu ifadə hər birinizə fərqli futbolçunu xatırladır. İnanıram ki, bu futbolçuların da əksəriyyəti məhz, hücumçulardır. Bəs bu tanrıları bizə tanıtdıranlar kimlərdi?

Sözsüz ki, “futbolun peyğəmbəri”lər. Bəli doğru oxudunuz. “Futbolun peyğəmbərləri”, yəni, qapıçılar. Bir hücumçu nə qədər parlaq oyun sərgiləyib qolları sıralasa da komandası məğlub olduqdan sonra həmin sərrastlığın əhəmiyyəti qalmır. Bu da uğurda əlcək sahiblərinin payının danılmaz olduğunun bir göstəricisidir. “Futbol tanrısı”nı tanrı edən “Futbol elçiləri”dir.

“Futbotun tanrısı” “Futbol peyğəmbəri”ni cəzalandırar – Adəmin cəzalanması kimi
Hər şeyin bitdiyini düşündüyün anda komandasının dadına çatar – Xızır kimi
Qapıçı komandasını gözləyən təhlükədən xəbərdar edər – Yusif kimi
O təhlükəni hər futbolçuya fərqli dillə deyər – Süleyman kimi
Həmin təhlükəni komanda yoldaşlarına səsi batana kimi çatdırar – Davud kimi
Komandasının sevincinə də, kədərinə də kövrələr -Yaqub kimi
Oyunun qopma anında elə möcüzələr göstərər ki oyunun taleyi dəyişər – Musa kimi
Zərbələrə elə müdaxilə edər ki bu toxunuşlar tarixdə “qızıl toxunuş” kimi qalar – İsa kimi
Bəzən ən çətin məqamlarda hücuma atılar və oyunu nəticəsini, tarixi dəyişən kimi dəyişər – Məhəmməd kimi.

Əcəmi Əsədulla

684 baxış