2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşdi!

2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. FİFA-nın millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, ötən ilin ən yaxşı futbolçusu adına Madrid "Real"ının üzvü Kriştiano Ronaldo layiq görülüb. O, həmkarları Messi və Neymarı qabaqlayıb.

2017-ci ilin ən yaxşı qapıçısı məlum oldu

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin ən yaxşılarını seçib. Offside.com.az xəbər verir ki, ötən mövsümün ən yaxşı qapıçısı adına "Yuventus" və İtaliya millisinin canlı əfsanəsi Cianluici Buffon layiq görülüb. O, həmkarları Keylor Navas və Manuel Noyeri qabaqlayıb.

Ötən ilin ən yaxşı məşqçisi müəyyənləşdi

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin ən yaxşılarını müəyyən edib. Offside.com.az xəbər verir ki, ötən ilin ən yaxşı baş məşqçisi adına "Real" Madridin çalışdırıcısı Zinədin Zidan layiq görülüb. O, italyan həmkarları Antonio Konte və Massimillano Alleqrini qabaqlayıb.

İtalyan hücumçu qoldan sonra pivə içdi (Video)

İtaliya millisinin və MLS təmsilçisi “Toronto”nun hücumçusu Sebastyan Covinko maraqlı hərəkətlə diqqət mərkəzinə gəlib. Offside.com.az xəbər verir ki, o, oyun vaxtı pivə içib. Belə ki, “Toronto”nun “Atalanta Yanyted”lə matçının 60-cı dəqiqəsində qol sevinci zamanı rəqib komanda azarkeşləri onun həmklubu Jozi Altidora plastik qabda pivə atıblar. Covinko isə qabı yerdən götürərək onu

FİFPro 2017-ci ilin rəmzi heyəti

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin rəmzi komandasını açıqlayıb. Offside.com.az xəbər verir ki, rəmzi onbirlikdə ən çox "Real" (5 futbolçu) ilə təmsil olunub: Qapıçı: Canluici Buffon ("Yuventus") Müdafiəçilər: Dani Alves ("Yuventus"/ PSJ), Leonardo Bonuççi ("Yuventus"/"Milan"), Serxio Ramos, Marselo (hər ikisi "Real") Yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Andres İnyesta

UEFA “Beşiktaş”ı cərimələdi

UEFA "Beşiktaş"ı cərimələyib. Offside.com.az xəbər verir ki, buna Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Leyptsiq"lə ev oyununda "Vodafone Park"da elektrik enerjisinin kəsilməsi və tribunaların ortasındakı pilləkənlərin azarkeşlərlə dolması səbəb olub. Buna görə İstanbul klubu 25 min avro məbləğində cərimə ödəyəcək. Qeyd edək ki, "Beşiktaş" - "Leyptsiq" görü

“Neymar və Kavaninin dayəsi deyiləm” – Dani Alves

PSJ-nin futbolçusu Dani Alves komanda yoldaşları Neymar və Kavani arasında bir müddət əvvəl penalti vurmaqla bağlı yaranan mübahisəyə münasibət bildirib. Offside.com.az xəbər verir ki, o, Fransa çempionatının 6-cı turunda "Lion"a qarşı matçda baş verən məlum hadisə ilə bağlı bunları deyib: "Kənardan elə görünürdü ki, sanki biz məktəblilərik. Bir topu paylaşa bilmirik.

AFFA Argentina millsi ilə oyundan imtina etdi – rəsmi

Argentina milli komandasının agentləri Azərbaycan millisi ilə yoxlama matçı keçirmək üçün AFFA-ya təklif irəli sürüblər. Offside.com.az xəbər verir ki, bu haqda Qol.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Argentina noyabrın 11-də Rusiyada bu ölkənin millisiylə keçirəcəyi oyun ərəfəsində bu matçın təşkilini istəyib. Amma AFFA bu görüşdən imtina

“Valensiya”, “Roma”, “Qarabağ”…

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” öz rekordunu təkrarlayıb. Offside.com.az-ın “Marca”ya istinadən məlumatına görə, komanda buna İspaniya La Liqasının IX turunda “Selta” ilə qarşılaşmada nail olub. Ötən həftəiçi Bakıda “Qarabağ”la qolsuz bərabərə qalan madridlilər “Selta”ya qalib gələrək, ardıcıl 8-ci dəfə səfərdən məğlubiyyətsiz dönüblər. Bununla Dieqo Simeonenin kollektivi 1957-58 mövsümündəki start rekordunu