UEFA “onluğ”u açıqladı: Bizimkilər kənarda qaldı

2017/18 mövsümündə məğlub olmayan klubların siyahısı açıqlanıb. Offside.com.az xəbər verir ki, UEFA cari mövsüm qatıldığı yarışların heç birində uduzmayan komandaları müəyyənləşdirib.

Daxili və beynəlxalq arenada məğlubiyyətsiz irəliləyən 10 komanda var. Onlardan bəziləri yalnız ölkəsində qüvvəsini sınayırsa, eyni zamanda avrokubokda da uğurlu çıxış edənlər də diqqət çəkir. Bu “onluq”da Azərbaycan klubu yer almayıb. Düzdü, “Qarabağ”la “Zirə” Premyer Liqada uduzmayıb. Lakin hər iki komanda avrokuboklarda məğlubiyyət acısı yaşayıb.

Avropanın məğlubedilməzlərindən 4-ü “Böyük beşlik” təmsilçiləridi. “Mançester Siti” (İngiltərə), “Valensiya” (İspaniya), “İnter” (İtaliya) və PSJ (Fransa) bu mövsümdə heç kimə yenilməyib.

Bu klublardan başqa, “Dinamo” (Xorvatiya), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Floriana”, “Qzira Yunayted” (hər ikisi Malta), “Qilyami” (Kosovo) hələlik xalsız qalmayıb.

apasport.az

40 baxış