“Qarabağ”la oyun asan olmayacaq” – Tomas

“Bilirik ki, “Qarabağ”la Bakıda keçirəcəyimiz oyun asan olmayacaq. Lakin biz yolumuza davam etməli, çoxlu qol vurmalı və  qələbə qazanmalıyıq”.

Offside.com.az xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Tomas Partey Bakıya uçuş zamanı təyyarədə klubun saytına açıqlamasında deyib.

Qanalı yarımmüdafiəçi bildirib ki, 5 saatdan çox çəkən səfərdən sonra uyğunlaşmağa çalışmalıdır:  “Qarabağ”la matçda hər şeyi düzgün etməliyik. Uğurun açarı xırda detallardadır. Biz baş məşqçimizə qulaq asmalı, üstün oyun sərgiləməli, rəqibi təzyiq altında saxlamalı və hədəfimizə nail olmaq üçün çoxlu şans əldə etməliyik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq.

qol.az

38 baxış