Pley-off mərhələsinin püşkü atılır

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.
Offside.com.az saytının məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyacaq.

4 cüt təşkil edəcək komandalar püşk ərəfəsində iki səbətə bölünüb. FİFA reytinqində daha yüksək pillələrdə olan İsveçrə (11-ci), İtaliya (15-ci), Xorvatiya (18-ci) və Danimarka (19-cu) milliləri səpələnmişlər sırasında yer alıblar. Bu yığmalar Şimali İrlandiya (23-cü), İsveç (25-ci), İrlandiya (26-cı) və Yunanıstan (47-ci) komandalarından biri ilə görüşəcək.

İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.

25 baxış