Çempionlar Liqasında günün oyunları

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna start veriləcək. Offside.com.az xəbər verir ki, E, F, G və H qruplarının təmsilçiləri meydana çıxacaqlar.

E qrupunun lideri “Sevilya” səfərdə “Spartak”ın qonağı olacaq. Ötən tur “Liverpul”u büdrədən Moskva klubu eyni aqibəti ispanlara da yaşatmağa çalışacaqlar. “Liverpul” “Maribor” səfərində ilk qələbəsini qazanmağı hədəfləyir.

F qrupunun mərkəzi oyununda “Mançester Siti” “Napoli”ni qəbul edəcək. İlk 2 turda qələbə qazanan Xosep Qvardiolanın komandasının A seriyasında ilk 8 tur ərzində xal itirməyən “Napoli” ilə üz-üzə gələcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Monakoya səfər edəcək. “Qara qartal” 2 turdan sonra 6 xalla qrupun lideridir.

2 turdan sonra H qrupunde eyni nəticəni təkrarlayan “Real” və “Tottenhem” “Santyaqo Bernabeu”da münasibətlərinə aydınlıq gətirəcəklər.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, ikinci tur

17 oktyabr

E qrupu

22:45. “Spartak” (Moskva, Rusiya) – “Sevilya” (İspaniya)

22:45. “Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə)

F qrupu

22:45. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 

22:45. “Şaxtyor” (Ukrayna) – “Feyenord” (Hollandiya) 

 

G qrupu

22:45. “Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya)

22:45. “Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə)

H qrupu

22:45. “Real” (İspaniya) – “Tottenhem” (İngiltərə)

22:45. APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya)

 

5 baxış