2017-ci ilin ən yaxşıları – Tottinin seçimi

“Roma”nın sabiq kapitanı Françesko Totti 2017-ci ilin ən yaxşısı adına layiq gördüyü futbolçu və məşqçilərin adlarını açıqlayıb.

Offside.com.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, Kriştianu Ronaldonun “Qızıl top”a layiq olduğunu bildirib:

“Biz 3 futbol yadplanetlisi – Ronaldo, Messi və Neymardan danışırıq. Mən həm meydanda, həm də kənarda hər bir həmkarıma hörmətlə yanaşıram. Amma deməliyəm ki, Ronaldo digərlərini qabaqlayır. Kriştianu əla mövsüm keçirib, həlledici qollara imza atıb.

O ki qaldı məşqçiliyə, məncə, İtaliya məktəbi hələ də yüksək səviyyədədir. Bu il Konte və Alleqrinin uğurlu fəaliyyətinə baxmayaraq, favorit Zidandır. Səbəbi isə sadədir: Ronaldo kimi o da əsas kubokları qazanıb.

35 baxış