“Barselona”da ciddi itki

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda  “Olimpioakos”u qəbul edəcək “Barselona” oyuna ciddi itki ilə çıxacaq. Offside.com.az xəbər verir ki, komandanın aparıcı üzvü Xordi Alba zədə səbəbindən bu görüşü buraxacaq. 28 yaşlı müdafiəçi bügünkü məşqdə zədələnib. Qeyd edək ki, “Barselona” – “Olimpiakos” oyunu sabah “Kamp Nou”da keçiriləcək. qol.az

Bakı “Atletiko”nun gözü ilə (Video)

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ağdamın “Qarabağ” klubu oktyabrın 18-də İspaniyanın “Atletiko” komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. Qeyd edək ki, Madrid təmsilçiləri artıq ötən gündən Bakıya gəliblər. “Atletiko” klubunun televiziyası Azərbaycan paytaxtı ilə bağlı maraqlı videosüjet hazırlayıb.

Cenk Tosuna Premyer Liqadan təklif

"Beşiktaş"ın futolçusu Cenk Tosun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Offside.com.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Nyukasl" İstanbul klubunun hücumçusu üçün yanvar ayında 15 milyon avro təklif edəcək. Qeyd edək ki, Türkiyə millisinin üzvü 2014-cü ildən “Beşiktaş”da çıxış edir. Onunla daha bir ingilis klubu "Tottenhem"in də maraqlandığı bildirilir.

Türk iş adamı Premyer Liqada klub alır?

Satışa çıxarılan İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl”ı türk iş adamı ala bilər. Offside.com.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı xəbər yayıb. “Evening Standard” portalında gedən məlumatda çinli milyonçularla yanaşı türk milyonçu Murat Ülkərin də klubu almağa namizəd olduğu bildirilib. O, İngiltərənin ən köklü klublarından biri olan “Nyukasl” üçün 220 milyon

Pley-off oyunlarının dəqiq vaxtı açıqlandı

DÇ-2018-in Avropa zonası üzrə pley-off oyunlarınin vaxtı açıqlanıb. Offside.com.az xəbər verir ki, oyunların təqvimi aşağıdakı kimidir: DÇ-2018-in seçmə mərhələsi Avropa zonası üzrə pley-off oyunları İlk oyunlar 9 noyabr 22:45.Şimali İrlandiya - İsveçrə 22:45.Xorvatiya - Yunanıstan 10 noyabr 22:45.İsveç - İtaliya 11 noyabr 22:45.Danimarka - İrlandiya Cavab matçları 12 noyabr 20:00. İsveçrə -Şimali İrlandiya 22:45. Yunanıstan - Xorvatiya 13 noyabr 22:45. İtaliya - İsveç 14 noyabr 22:45. İrlandiya -

“Qarabağ”la matç ölüm-dirim oyunu olacaq” – Saul

Atletiko”nun yarımmüdafiəçisi Saul Niqes bu gün Bakıda jurnalistlərin suallarını cavablandırıb. Offside.com.az xəbər verir ki, “Qarabağ”la Bakıda keçiriləcək Çempionlar Liqasının üçüncü turunun oyunu ərəfəsində təşkil edilən mətbuat konfransına ispan futbolçu baş məşqçiləri Dieqo Simeone ilə birgə qatılıb. - Çempionlar Liqasında final və yarımfinal oynamısan. Sabahkı matç da final oyunu kimidir. Uduzsanız, ÇL

“Qarabağ” ispan futboluna yaxın oyun göstərir” – Dieqo Simeone

“Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm”. Offside.com.az xəbər verir ki, bu sözlər “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu. İspaniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq. Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: “İnanıram

“Yeni müqavilə üçün bir fincan qəhvə bəsimdi” – ulduz futbolçu

“Yuventus”un müdafiəçisi Corcio Kyellini karyerasını hazırkı komandasında davam etdirmək arzusundadı. Offside.com.az xəbər verir ki, ulduz futbolçu özü də klubundan yeni müqavilə təklifi gözləyir. 33 yaşlı futbolçu təklif gələcəyi təqdirdə, cari mövsümün sonuna qədər olan anlaşmasının müddətini uzatmaq üçün düşünməyəcəyini söyləyib: “Bu barədə hələ ki, söhbətimiz olmayıb. Ancaq yeni müqavilə üçün cəmi

DÇ-2018: Pley-off mərhələsinin püşkü atıldı

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Offside.com.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizəyə aydınlıq gətirəcək. Şimali İrlandiya-İsveçrə Xorvatiya-Yunanıstan Danimarka-İrlandiya İsveç-İtaliya Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək