“Qızıl top”u Ronaldo qazanmalıdı, mən yox”

Madrid “Real”ının yarımmüdafiəçisi İsko maraqlı açıqlaması ilə diqqət çəkib. Offside.com.az saytı xəbər verir ki, AS nəşrinə danışan futbolçu “Qızıl top” mükafatına layiq olmadığını bildirib.

İskonun fikrincə, bu il də sözügedən mükafatı “Real”ın digər üzvü Kriştianu Ronaldo qazanmalıdı: “Qızıl top”a namizədlərin sırasında yer alsam da, bu barədə heç düşünmürəm. Mən bu günümlə yaşayıram və indiki məqamda həmin mükafatı əldə etmək çox çətindi. “Qızıl top”u Ronaldo qazanmalıdı. Namizədlər arasında əla futbolçular var. Bu mənada, “üçlüy”ə düşməyin özü belə, mənə yuxu kimi gəlir. Ən son namizədlərin sırasında əla mövsüm keçirən Serxio Ramos və ya Luka Modriç də yer ala bilər”.

Qeyd edək ki, “Qızıl top”a namizəd olan 30 futbolçudan 7-si (Kriştianu Ronaldo, İsko, Kərim Benzema, Luka Modriç, Toni Kroos, Serxio Ramos, Marselo) “Real”ın üzvüdü.

apasport.az

81 baxış