Klopp Mourinyoya “ilişdi”: Onun taktikası ilə…

Liverpul”un baş məşqçisi Yurgen Klopp yenə maraqlı açıqlama ilə gündəmə gəlib. Offside.com.az xəbər verir ki, almaniyalı mütəxəssis bu dəfə “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyoya söz atıb.

İngiltərə Premyer Liqasının VIII turunda keçirilən “Liverpul” – “Mançester Yunayted” (0:0) görüşünü dəyərləndirən Klopp həmkarını müdafiə futboluna üstünlük verdiyi üçün tənqid edib.

Klopp uğur qazanmasalar belə, hücum futbolundan əl çəkməyəcəklərini söyləyib: “Mourinyo nə düşündüsə və ya nə istədisə, futbolçuları onu etdilər. Buna bir etirazım yoxdu. Amma nəyə görə matçdan əvvəl oyunçularıma müdafiədə oturmağı tapşırım? Bu mənim işim deyil. “Liverpul” daha 125 il çempion olmasa belə, Mourinyonun oynatdığı kimi futbol göstərməz. Ümumiyyətlə, bu klub Mourinyonun taktikası ilə çempion ola bilməz. Biz geridə oturub rəqibi gözləyə bilmərik. Bu, mümkün deyil”.

Qeyd edək ki, 8 turdan sonra aktivində 13 xal olan “Liverpul” 8-ci pillədə qərarlaşır. 20 xal toplayan “Mançester Yunayted” isə yalnız lider “Mançester Siti”dən (22 xal) geri qalır.

apasport.az

723 baxış