“Atletiko”ya “Qarabağ” adlı təyyarə – AZAL-dan sürpriz

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Atletiko” bir neçə saat əvvəl Bakıya yola düşüb.

Offside.com.az xəbər verir ki, Madrid klubu paytaxtımızı çarter reysi ilə gəlir. “Atletiko”nun çarter sifarişindən sonra AZAL İspaniya təmsilçisinə Qarabağ adlı təyyarə ayırıb.

Madrid klubunun sosial şəbəkədəki səhifəsi təyyarənin “Qarabağ” yazılan hissəsinin şəklini də paylaşıb.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” görüşü oktyabrın 18-i saat 20:00-da başlayacaq.


qol.az

52 baxış