Alman məşqçi Çinə yollanır?

Tomas Tuxel karyerasını Çində davam etdirə bilər. Offside.com.az xəbər verir ki, almaniyalı çalışdırıcının xidmətində Çin Liqasında lider olan “Quanjou Evergrande” klubu maraqlıdı.

Dortmund “Borussiya”sından ayrıldıqdan sona işsiz olan Tuxelin adı son vaxtlarda “Bavariya” ilə hallanırdı. Ancaq “Bavariya”nın Yupp Haynkeslə anlaşmasından sonra Tuxelin Münhendə çalışmayacağı dəqiqləşmişdi.

Qeyd edək ki, 44 yaşlı məşqçi 2017-ci ilin mayından bəri heç bir klubda çalışmayıb.

sportal.az

13 baxış