Nazarov 90 dəqiqə oynadı

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” Almaniya ikinci bundesliqasında növbəti oyununa çıxıb. Offside.com.az xəbər verir ki, Aue təmsilçis səfərdə “Fürt”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Fürt” – “Erzgebirge” – 2:1
Qollar:
 Narey, 40 (1:0), Bunyaku, 78 (1:1), Steininger, 87 (2:1)

Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 10 oyundan sonra aktivində 13 xal olan “Erzgebirge” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

qol.az

32 baxış