Millimizin sabiq üzvü ardıcıl 4-cü oyunda qol vurdu

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Offside.com.az xəbər verir ki, Berlin təmsilçisi 10-cu turda səfərdə  “Germaniya Halberstat”la qarşılaşıb.

Görüş həmyerlimizin komandasınnı 5:4 hesablı məğlubiyyəti ilə nəticələnib. “Dinamo”nun bir qolunu Rüfət Dadaşov vurub. Bu, Dadaşovun son 4 oyunda vurduğu 7-ci qoldur.

“Dinamo” hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.

qol.az

22 baxış