Qitənin məhsuldar klubları: “Qarabağ” 177-ci yerdə

Avrokubokların ən məhsuldar klublarının siyahısı açıqlanıb. Offside.com.az xəbər verir ki, UEFA-nın tərtib etdiyi cədvəldə qitənin 10 ən çox qol vuran komandası yer alıb. Yalnız bir klub qitə kuboklarında 1000-dən artıq qol vurub. Bu da İspaniya “Real”ıdı. “Kral klubu”nun ən yaxın izləyicisi “Barselona”dı. 3-cü sırada “Bavariya” qərarlaşıb.

yer klub qol oyun Orta məhsuldarlıq
1 Real  1104  520  2.12
2 Barselona  926  468  1.98
3 Bavariya  870  439  1.98
4 Yuventus  711  412  1.73
5 Benfika  655  405  1.62
6 Anderlext  628  392  1.60
7 Milan  619  375  1.65
8 Ayaks  614  377  1.63
9 Mançester Yunayted  607  344  1.76
10 Liverpul  590  347  1.70

UEFA-nın cədvəlində ilk “onluq”dan başqa seçilmiş 10 kluba da yer verilib. Həmin klubların qol, oyun sayı, orta məhsuldarlığı, həmçinin mövqeyi əks olunub.

UEFA-nın seçilmişləri Çempionlar Liqasındakı iştirakına görə müəyyənləşib. Burada Azərbaycan çempionu “Qarabağ” da var. Ölkəmizin Avropadakı ən uğurlu təmsilçisi həm də ən məhsuldar komandamızdı. 86 matçda 87 dəfə fərqlənən ağdamlılar qol sayında Avropada 177-cidi.

yer klub qol oyun Orta məhsuldarlıq
12 Porto  543  359  1.51
14 Seltik  527  336  1.57
17 Atletiko  497  297  1.67
19 Sportinq  450  291  1.55
26 Tottenhem  404  205  1.97
28 Borussiya D  399  235  1.70
29 Feyenoord  398  251  1.59
34 Çelsi  378  213  1.77
37 PSJ  360  210  1.71
177 Qarabağ  87  86  1.01

UEFA orta məhsuldarlıqda da ən yaxşını müəyyənləşdirib. Bu cədvəldə Mönhenqladbax “Borussiya”sı hamıdan öndədi. Ən azı 100 oyun keçirən komandaların müqayisəsində 3 klub hər görüşdə 2-dən çox qol vurub. “Borussiya”nın ən yaxın izləyiciləri “Real”la “Ayntraxt” da buna nail olub. Orta məhsuldarlıq üzrə ilk “beşlik”də “Barselona” və “Bavariya” da yer alıb.

yer klub Orta məhsuldarlıq oyun qol
1 Borussiya M  2.16  165  357
2 Real  2.12  520  1104
3 Ayntraxt F  2.03  106  215
4 Bavariya  1.98  439  870
5 Barselona  1.98  468  926

 

apasport.az

1. 295 baxış