Mbappeni Bundesliqa klubu transfer etməyə yaxın olub

PSG-nin hücumçusu Kilian Mbappe 2015-ci ildə “RB Leipzig”in maraq dairəsində olub. Offside.com.az xəbər verir ki, Bundesliqa klubunun baş məşqçisi Ralf Ranqnik bunları deyib:

“Mbappeni transfer etməyə yaxın idik. 2015-ci ilin qışı idi. Kilianın atası dedi ki, komandanın baş məşqçisi olacağıma zəmanət versəm, onu “Leipzig”ə göndərər. Amma həmin vaxt zəmanət verə bilmirdim”.

Ranqnik 2015-ci ilin yayında komandanın baş məşqçisi təyin olundu və “Leipzig”i Bundesliqaya çıxardı. Həmin il Mbappe “Monaco”nun əsas komandasına keçirildi.

Goal.az

40 baxış