“Kimin şübhəsi varsa, onun üçün himn oxuyaram”

“Himni ümumən oxuyurdum. Sədəcə, ola bilər həmin epizodda oxumamışam”.

Offside.com.az xəbər verir ki, bu sözləri milli komandamızın kapitanı Rahid Əmirquliyev Almaniya ilə DÇ-2018-in matçında dövlət himnini oxumaması ilə bağlı yaranan narazılıqlara münasibət bildirərkən deyib.

Komandası “Qarabağ”ın bu gün Premyer Liqada “İnter”ə qalib gəldiyi matçdan (2:0) sonra jurnalistlərə açıqlama verən R.Əmirquliyev deyib: “Hər zaman Azərbaycan himnini oxumuşam. Əgər kimin şübhəsi varsa, şəxsən onun üçün oxuya bilərəm. Həmin epizodda elə görünürse, bu o demək deyil ki, mən himni bilmirəm”.

qol.az

34 baxış