“Liverpul”da ciddi itki

“Liverpul” ciddi itki ilə üzləşib. Offside.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçusu Sadio Mane sıradan çıxıb. Seneqal millisinin üzvü DÇ-2018-in seçmə mərhələsində Kabo-Verde ilə oyunda zədələnib. Budundan zədə alan 25 yaşlı hücumçu 6 həftə meydana çıxa bilməyəcəyi bəlli olub.

Millimiz ilk oyununda darmadağın oldu

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda oyunlara start verilib. Offside.com.az-ın məlumatına görə, bu qrupda yer alan millimiz ilk oyununa çıxıb. Mirbağır İsayevin komandası bu gün Bolqarıstanın Qorna Orexovitsa şəhərinin “Lokomotiv” stadionunda İrlandiya ilə qarşılaşıb. Görüş komandamızın darmadağını ilə yekunlaşıb - 0:6 Qrupun digər matçında isə Bolqarıstanla Ukrayna

Premyer Liqamızda oyunların başlama saatı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarının başlama saatı açıqlanıb. Offside.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun görüşləri 3 gün ərzində keçiriləcək və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 13 oktyabr (cümə) 15:30. “İnter” – “Qarabağ” “İnter Arena” 14 oktyabr (şənbə) 16:00. “Zirə” – “Kəpəz” Zirə İdman Kompleksinin stadionu 18:00. “Sumqayıt” – “Qəbələ” “Kapital Bank Arena” 15 oktyabr

“Atletiko” Bakıya nə vaxt gəlir?

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində növbəti rəqibi olan “Atletiko”nun səfər proqramı müəyyənləşib. Offside.com.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakıya oktyabrın 16-da çarter reysilə gələcək madridlilər oyun bitən kimi - oktyabrın 18-dən 19-a keçən gecə geri dönəcək. Dieqo Simeonun komandası paytaxtımızda ilk və son məşqini oktyabrın 17-də "Qarabağ"la üzləşəcəyi Baı Olimpiya

“Neftçi” – “Səbail” görüşünün yeri dəyişdirildi

“Neftçi” Peşəkar Futbol Liqasına müraciət edib. Offside.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, klub ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun qazonunda yenilənmə işləri aparıldığını rəhbər tutaraq Topaz Premyer Liqasının 8-ci turunun “Neftçi” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini istəyib. “Neftçi”nin müraciətini və “Səbail”ın razılıq məktubunu nəzərə alan PFL matçın “Dalğa

Riçard Almeyda: Məcbur oynayırıq

- DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya qarşı (1:5) iki fərqli hissə keçirdiniz. Bundestim önündə cəmi 45 dəqiqə mübarizə aparmağa gücünüz çatdı? - Birinci hissədə çox yaxşı oynadıq. Matça uğurlu başladıq və 45 dəqiqəni yüksək səviyyədə keçirdik. Nəticədə qol da vurduq. Fasiləyə yollananda hesab bərabər idi. Ancaq almanlar ikinci hissəyə aqressiv

“Çelsi” ilə oyunda meydanda ağladım”

“Stemford Bridj”də “Çelsi”yə qarşı oyun zamanı diktorun stadionda adımı çəkməsini heç vaxt unutmayacağam. Etiraf edirəm ki, həmin vaxt həyəcanlandığımdan meydanda ağladım”. Offside.com.az-ım Haiti mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye bildirib. Ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki,bu matçda iştirak etməklə Çempionlar Liqasında oynayan ilk haitili futbolçu

DÇ-2018-də yeni rekord qeydə alına bilər

DÇ-2018-də işitrak edəcək Misir yığmasının qapıçısı Essam Əl-Hadari yeni rekord qıra bilər. Offside.com.az xəbər verir ki, gələn ilin yayında 45 yaşı olacaq əlcək sahibi DÇ-ləri tarixində iştirak edəcək ən yaşlı oyunçu ola bilər. Həmin vaxta kimi karyerasını davam etdirəcək qapıçı əgər zədələnməsə mundialda iştirak etmək fikrindədi. Əgər bu baş verərsə o,

AFFA-dan Prosineçki xəbərlərinə münasibət

AFFA millimizin baş məşqçisi Robert Prosineçkinin Sloveniya yığmasını çalışdıra biləcəyi barədə yayılan xəbərlərə rəsmi münasibət açıqlayıb. Offside.com.az xəbər verir ki, Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.az saytına bildirib ki, bununla bağlı məlumatlar Sloveniya mətbuatında yayılıb: “Elə onların yazdığına görə də tərəflər razılığa gəlməyiblər”. R.Prosineçkinin müqavilə ilə bu il

Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. Offside.com.az xəbər verir ki, BƏƏ-də təşkil olunacaq yarışda son ölkə çempionu və 6 konfederasiyanın ən güclüsü mübarizə aparacaq. 1/8 finalda baş tutacaq “Əl-Cəzirə” (BƏƏ) – “Oklend Siti” (Yeni Zelandiya) cütünün qalibi Asiya Çempionlar Liqasının qalibi ilə qarşılaşacaq. Yarışa yarımfinaldan başlayan İspaniya “Real”ı da bu üç