Yupp Haynkes yenidən “Bavariya”da – rəsmi

“Bavariya”nın yeni baş məşqçisi bəlli olub. Offside.com.az xəbər verir ki, komandanı yenidən Yupp Haynkes çalışdıracaq.

Bu gün onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 72 yaşlı mütəxəssis işinə oktyabrın 9-da başalayacaq. Haynkes bu vəzifədə istefaya göndərilən Karlo Ançelottini əvəz edib.

Qeyd edək ki, Y.Haynkes bundan əvvəl 3 dəfə “Bavariya”nı  (1987-1991, 2009, 2011-2013) çalışdırıb

qol.az

42 baxış