“Arsenal”ın futbolçusuna 15 milyonluq təklif

“Arsenal” klubunda bu yay dəyişikliklər gözlənilir. Belə ki, “topçular”ın bir sıra futbolçularına təkliflər var. Onlardan biri də Teo Uolkotdur. “Arsenal”ın  komandasını dəyişə bilər.

Offside.com.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə “Sauthempton” yaxından maraqlanır. Adıçəkilən klub Uolkottu heyətinə qatmaqda israrlıdı. “Sauthempton” rəhbərliyi bu keçidin baş tutması üçün 15 milyon funt-sterlinq xərcləməyə hazırdı.

Qarşı tərəflə danışıqlara artıq start verilib. “Topçular” bu təklifi hələlik cavablandırmayıblar.

Qeyd edək ki, Teo Uolkott 2006-cı ildən “Arsenal”ın formasını geyinir.

mənbə: apasport.az

108 baxış