Almaniya Azərbaycanla oyuna 4 ciddi itki ilə çıxır

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib. Offside.com.az xəbər verir ki, Bundestimin yarımmüdafiəçisi Toni Kross  sıradan çıxıb.

“Real”ın yarımüdafiəçisi ötən gün Şimali İrlandiya ilə keçirilən oyunda zədələnib.

Almaniya Futbol İttifaqdə 27 yaşlı futbolçunun qabırğasında ağrı olduğunu açıqlayıb. Həkimlər ona ona millimizlə oyunda iştirak etməyə icazə verməyiblər.

Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer, müdafiəçi Benedik Hövedes və hücumçusu Timo Verner də zədə səbəbindən yığmamızla oktyabrın 8-də keçiriləcək görüşü buraxacaq.

606 baxış