FİFA millimizin rəqibini cərimələdi

FİFA Almaniya Futbol İttifaqını cərimələyib. Offside.com.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna DÇ-2018-in seçmə mərhələsində Çexiyaya qarşı matçda ölkənin milli komandasının azarkeşlərinin nasist şüarlar səsləndirməsi olub. Bundan başqa, qonaq azarkeşlər pirotexniki məhsullardan istifadə edib və meydana kənar əşyalar atıblar. Baş verənlərə görə, Almaniya Futbol İttifaqı 32 min İsveçrə frankı ödəməli olacaq. Qeyd

İran kanalı “Qarabağ”a film həsr etdi (VİDEO)

Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" dünya mətbuatının gündəmindədir. Offside.com.az xəbər Sportal.az-a istinadən xəbər verir ki, bu dəfə Ağdam klubunun uğuru İran televiziyasında müzakirə edilib. Ölkənin TV-90 idman kanalının "Futbol 120" proqramının son buraxılışı “Qarabağ”a həsr edilib. Verilişdə "Qarabağ"ın uğurları, tarixi, nəticələri, keçdiyi yol haqqında

“Qarabağ” – “Atletiko”: biletlər satışda

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 18-i İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. Offside.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq bu qarşılaşmanın biletləri satışa çıxarılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər. Onlayn bilet əldə etmək istəyən azarkeşlərimiz isə iticket.az saytından vauçerləri

Yığmamızı Bundestimdən xilas edəcək latviyalı

DÇ-2018-in seçmə mərhələsinin Almaniya – Azərbaycan oyununu idarə edəcək latviyalı hakim Andris Treymanis komandalarımız üçün uğurlu ədalət təmsilçisi sayılır. Offside.com.az saytının məlumatına görə, yolları təmsilçilərimizlə dəfələrlə kəsişən 32 yaşlı hakim hələlik məğlubiyyətimizi görməyib. 2011-ci ildən FİFA referisi olan Treymanıs elə həmin il Bakıya gəlib. Avropa Liqasının 2011/12 mövsümünün AZAL –

İspaniya millisində ciddi itki

“Barselona”nın və İspaniya millisinin üzvü Andres İnyesta sıradan çıxıb. Offside.com.az-ın “Mundodeportivo”ya istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi İspaniya La Liqasının 7-ci turunda keçirilmiş “Las Palmas”la oyunda (3:0) zədələnib. İkinci hissədə meydana daxil olan İnyesta matçın 84-cü dəqiqəsində zədələnərək əvəzlənib. Onun sol ayaq əzələsinin zədələndiyi və ən azı 10 gün

Riberi sıradan çıxdı

“Bavriya”nın futbolçusu Frank Riberi ciddi zədə alıb. Offside.com.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin Bundesliqanın son turunda “Herta” ilə oyunda diz bağları zədələnib. Bu gün tibbi müayindən keçən 34 yaşlı futbolçunun 2-3 meydana çıxa bilməyəcəyi məlum olub.

Pike ağlayıb, millidən gedə biləcəyini dedi (Video)

“Barselona”nın futbolçusu Jerard Pike dünən Kataloniyadakı referenduma və orada baş verən hadisələrə münasibət bildirib. Offside.com.az-ın xəbərinə görə, o, La Liqada “Las Palmas”la dünənki matçdan sonra (3:0) verdiyi açıqlamada göz yaşlarını saxlaya bilməyib. Pike polisin referendumun gedişinə mane olduğunu və 300-dən çox insana fiziki xəsarət yetirdiyini söyləyib. Qeyd edək ki, İspaniya dövləti Kataloniyadakı

Çexiya millisində 2 dəyişiklik

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan və San-Marino ilə qarşılaşacaq Çexiya yığmasında dəyişiklik edilib. Offside.com.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Karel Yarolim 2 oyunçunu komandadan uzaqlaşdırıb. Belə ki, müdafiəçi Teodor Gebre-Selassie və hücumçu Milan Şkoda millimizlə qarşılaşmanı buraxmalı olacaqlar. Şkoda zədədən əziyyət çəkirsə, Gebre-Selassie ailə vəziyyəti ilə əlaqədar baş

Rəşad Sadıqov millidən gedir

Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandası ilə vidalaşmağı qərara alıb. Offside.com.az-ın "Futbol+" qəzetinə istinadən yaydığı xəbərə görə, 35 yaşlı müdafiəçi oktyabrın 5-də Çexiya ilə 2018-ci il dünya çempionatı matçından sonra yığmadan ayrılacaq. Bununla da Sadıqov 16 illik milli komanda karyerasına son qoyacaq. Xəbərdə o da bildirilir ki, Sadıqovun getmək istəyindən AFFA

“Qarabağ” rekordun bir addımlığında dayandı

“Qarabağ”ın Topaz Premyer Liqasının 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb. Offside.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ilk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə VII turun ev görüşündə xal itirib - 0:0. Bu, klubun Azərbaycan çempionatlarındakı ikinci ən yaxşı startıdır. Bütün ölkə çempionatlarında iştirak edən “Qarabağ” yalnız bir dəfə mövsümə daha