“Kəpəz”in ilk 3 xalı (Video)

Topaz Premyer Liqanın 7-cı turunda keçirilən "Qəbələ" - "Kəpəz" oyunundan (0:2) videogörüntünü təqdim edirik. Bu Gəncə klubununun 2017/2018 mövsümündə ilk qələbəsi olub.

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. Offside.com.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Madrid "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib. O, səslərin 35 faizini toplayıb. Neymar (PSJ) 2-ci, Harri Keyn ("Tottenhem") 3-cü olub. Qeyd edək ki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində

Millimizlə oyun üçün 23 futbolçu – Almaniyanın heyəti

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasının heyəti açıqlanıb. O, baş məşqçi Yoahim Löv qarşıdakı iki oyun üçün milliyə 23 futbolçu çağırıb. Qeyd edək ki, oktyabrın 5-də Şimali İrlandiyanın qonağı olacaq Bundestim, oktyabrın 8-də millimizi qəbul edəcək. Qapıçılar: Bernd Leno (“Bayer”), Mark Andre Ter-Ştegen (“Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa) Müdafiəçilər: Jerom Boatenq, Coşua Kimmix,

Löv Azərbaycanla oyunda ancaq qələbə istəyir

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Şimali İrlandiya (5 oktyabr) və Azərbaycana (8 oktyabr) qarşı keçirəcəkləri DÇ-2018-in seçmə mərhələsinin son iki oyunla bağlı fikirlərini bildirib. offside.com.az-ın xəbərinə görə, qrupdakı 8 oyunun hamısında qalib gəldiklərini xatırladan Löv ölkəsinin mətbuatına açıqlamasında digər iki matçda da qələbə qazanaraq yüzfaizli nəticə göstərmək istədiklərini söyləyib: “Biz çox

“Neftçi”nin yeni mətbuat xidmətinin rəhbəri müəyyənləşdi

“Neftçi”nin yeni mətbuat xidmətinin rəhbəri müəyyənləşib. Offside.com.az xəbər verir ki, Rüstəm Əfsərlinin “CBC Sport” telekanalına qayıdışından sonra vakant qalan posta digər həmkarımız – Anar Şabanoğlu təyin edilib. Jurnalistika karyerasına 18 il öncə “Futbol+” qəzetində başlayan Şabanoğlu “İdman”, “525-ci qəzet” və “CBC Sport” telekanalında da çalışıb. Qeyd edək ki, Şabanoğlu vəzifəsinin icrasına oktyabrın

“Azərbaycanla oyuna ciddi yanaşırıq”

"Bizi dünya çempionatının seçmə mərhələsində son oyunlar gözləyir. Həm Azərbaycan, həm də San Marino ilə görüşlərə ciddi yanaşırıq”. Offside.com.az-ın məlumatına görə, bu sözləri Çexiya millisininn qapıçısı Tomaş Vaçlik DÇ-2018-in seçmə mərhələsində Azərbaycan və San Marino ilə oyunlarla bağlı fikirlərini ölkəsinin mətbuatına bildirərkən deyib. O, hər iki matçda qələbə qazanmaq istədiklərini söyləyib:

U-21 millimizin Almaniya ilə oyun üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində keçirəcəyi təlim-məşq toplanışında, oktyabrın 6-da isə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə oyun üçün heyəti açıqlanıb. Offside.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb: Fəhmin Muradbəyli, Anton

Aquero qəzaya düşdü

"Mançester Siti"nin futbolçusu Serxio Aquero avtomobil qəzasına düşüb. Offside.com.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunu Amsterdam şəhərində konsertə aparan taksi dirəyə çırpılıb. Qəza zamanı 29 yaşlı oyunçunun qabırğalarında qırıq olduğu bildirilib. Qeyd edək ki, S.Aquero bu mövsüm Premyer Liqada 6 oyunda 7 qol vurub.

Azərbaycana “Ostersund” təhlükəsi

Avropa Liqasının qrup mərhələsinin II turundan sonra UEFA reytinqi açıqlanıb. Offside.com.az Apasport.az-a istinadən xəbər verir ki, həftənin avrokubok günündə baş tutan 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Bir sıra ölkələrin xal hesabı artsa da, yalnız üçü mövqeyini yaxşılaşdıra bilib. Avstriya Yunanıstanı arxada qoymağı bacarıb. Onlar Ellada təmsilçisini 12-ci sıradan