Nazarov oynadı, “Aue” qalib gəldi

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Offside.com.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi
“Aue” öz meydanında “Sandhauzen”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

Qeyd edək ki, “Aue” geridə qalan 8 turda 13 xal toplayıb və 18 klub arasında 7-cidir.

14 baxış