Millimizin sabiq üzvü Almaniyada het-trik etdi

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Offside.com.az-ın məlumatına görə, Berlin təmsilçisi 8-ci turda “Bautzen”i qəbul edib.

Görüş həmyerlimizin komandasınnı 5:0 hesablı qələbəsi ilə nəticələnib. Qollardan üçünü Rüfət Dadaşov vurub.

“Dinamo” hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.

72 baxış