Azərbaycanlı futbolçulara Avstriyada oynamaq icazəsi verildi

Avstriyanın aşağı liqasında çıxış edən Vyananın “Qarabağ” komandasına bu yay transfer edilən Elvin Bədəlov və Dmitri Nağıyevin problemi yoluna qoyulub. Offside.com.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, hər iki oyunçuya işçi vizası açılıb.

Komanda həvəskarlar liqasından yenicə peşəkar liqaya yüksəlib. “Qarabağ” Avstriya III liqasında xarici peşəkar futbolçu qeydiyyatdan keçirən ilk klub olduğundan, Bədəlov və Nağıyevin viza alması prosesini gecikib. Artıq hər iki futbolçunun viza məsələsi həll olunub və onlar çempionatın növbəti turunda “Parndorf”la görüşdə debüt edə biləcəklər.

Bu gün keçiriləcək və Bakı vaxtı ilə 18:00-da start götürəcək görüş “Sport Platin TV” (youtube vasitəsi ilə) internet kanalı vasitəsilə canlı yayımlanacaq.

31 baxış