Təbriz klubundan səfər qələbəsi

Futbol üzrə İran çempionatında 7-cı turun oyunları keçirilir. Offside.com.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Göstəriş” də növbəti matçına çıxıb. Təbriz klubu səfərdə “Məşhəd”lə üz-üzə gəlib və 1:0 hesablı qələbəyə sevinib.

Cənubi Azərbaycanın daha məşhur “Traktorsazi” klubu isə bu gün doğma meydanda “Padideh” ilə üz-üzə gələcək.

“Göstəriş” 7 turdan sonra 7 xal toplayıb və 16 iştirakçı arasında 13-cü sırada qərarlaşıb. “Traktorsazi” isə 7 xalla 9-cudu.

32 baxış