Forlan Neymarı tənqid, Alveşi isə təhqir etdi

PSJ-nin hücumçuları Neymar və Edinson Kavani arasında baş verən insidentə daha bir futbolçu münasibət bildirib. Offside.com.az xəbər verir ki, digər uruqvaylı futbolçu Dieqo Forlan həmyerlisi Kavaninin tərəfini tutub.

Yerli mətbuata danışan 38 yaşlı forvard bu məsələdə Neymarın haqsız olduğunu söyləyib. O, “Lion”la qarşılaşmada cərimə zərbəsi zamanı topu Kavanidən alaraq Neymara verən Dani Alveşi isə təhqir edib: “Kavani vəziyyətdən necə baş çıxaracağını, nə deyəcəyini yaxşı bilir. Meydandan kənarda heç kimlə dost olmaq məcburiyyətində deyil. Amma meydanda hamısı yaxşı anlaşmalıdı. Bu problemin iki oyunçu arasında olması normaldı. Amma Dani Alveşin topu alaraq Neymarın fahişəsi kimi ona verməsi məntiqli deyil. Neymar futbol tarixinin ən bahalı transferi ola bilər. Amma Kavaniyə hörmətlə yanaşmalıdı. Neymar bu hərəkəti Messiyə qarşı edə bilməzdi”.

Qeyd edək ki, Fransa çempionatının VI turunda “Lion”la matçda (2:0) Neymarla Kavani arasında cərimə zərbələrini və penaltini yerinə yetirməklə bağlı narazılıq yaşanmışdı.

apasport.az

1. 322 baxış