“Atletiko”nun yeni stadionu 310 milyona başa gəlib

"Atletiko"nun yeni stadionu "Vanda Metropolitano" stadionunun tikintisi üçün xərclənən məbləğ müəyyənləşib. Offside.com.az-ın "AS" istinadən yaydığı xəbərə görə, bu, stadionun sahiblərinə ümumilikdə 310 milyon avroya başa gəlib. Bu məbləğin 170 milyon avrosunu klub ödəyəcək. Daha 140 milyon isə keçmiş Visente Kalderon stadionunun yerləşdiyi torpaq sahəsinə görə veriləcək. Qeyd edək ki, 68 min azarkeş tutumuna

ÇL-də həftənin ən yaxşısı adına namizədlər

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Offside.com.az xəbər verir ki, namizədlər arasında  Kriştiano Ronaldo ("Real"), Harri Keyn ("Tottenhem"), Məhəmməd Salah ("Liverpul"), Tayson ("Şaxtyor" Donetsk), Lionel Messi ("Barselona"), Neymar (PSJ), Romelu Lukaku ("Mançester Yunayted"), Xames Rodriqes ("Bavariya") yer alıb. Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin

“Qəbələ”də ciddi itki

"Qəbələ" ciddi itki ilə üzləşib. Offside.com.az-ın məlumatına görə, Topaz Premyer Liqanın 4-cü turunda "Zirə" ilə oyunda zədələnən komandanın aparıcı üzvü Filip Ozobiç uzun müddət meydana çıxa bilməyəcək. Xorvatiyalı yarımmüdafiəçinin ayaq sümüyü qırılıb. Onun ən azı 6 həftəlik sıradan çıxdığı dəqiqdir.

“Zirə”də yeni prezident

“Zirə” klubunun yeni prezidentinin adı açıqlanıb. Offside.com.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, klubdaxili iclasdan sonra "Zirə"nin yaradılmasının əsas təşəbbüskarı olan son prezident Orxan Məmmədov fəxri-prezident seçilib. Klub prezidenti isə buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov olub. "Zirə"də icraçı direktor vəzifəsini bundan sonra Cahangir Məmmədov yerinə

Daha bir braziliyalı futbolçu “Real”da!

Madrid “Real”ı daha bir futbolçu ilə anlaşıb. Offside.com.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” “Qremio”nun yarımmüdafiəçisi Rodriqo Rodrigesin transferini həll edib. 17 yaşlı Rodriges 18 yaşı tamam olduqdan sonra Avropaya yollana biləcək və “Real”ın formasını geyinəcək. Bu barədə Braziliya təmsilçisinin prezidenti Genilson da Roşa məlumat verib. O bildirib

“Qarabağ”ın futbolçularının “Çelsi” paylaşımları

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Çelsi”yə 0:6 hesabı ilə uduzub. Offside.com.az xəbər verir ki, Ağdam klubunun futbolçuları sosial şəbəkə hesablarında matçla bağlı paylaşımlar ediblər. Yakub Jezniçak: “Yaxşı dərsdir, çünki bu Çempionlar Liqasıdır”. Dino Ndlovu: “Məğlubiyyət hər zaman pis təsir edir. Amma biz “Qarabağ”ıq. Biz uğursuz və məğlubiyyətlərə alışan komanda deyilik. İstədiyimizi göstərə

Tərlan Əhmədov köməkçisini qovdu

"Neftçi"nin sükanı arxasına keçən Tərlan Əhmədov məşqçi korpusunda ilk dəyişikliyi edib. Gənc çalışdırıcı Andrey Kolesnikova qapını göstərib. Fiziki hazırlıq üzrə köməkçi yaxın günlərdə Ukraynaya qayıtmalıdı. Onu kimin əvəzləyəcəyi yaxın günlərdə dəqiqləşəcək

Poqbanın durumuna aydınlıq gəldi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın durumuna aydınlıq gəlib. Offside.com.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Çempionlar Liqasının qrup mərhələsində “Bazel”lə keçirilən (3:0) qarşılaşmada zədələnən Fransa millisinin üzvünün sağalma prosesi bir qədər də uzana bilər. Belə ki, həkimlər onun ay yarım

Avroliqanın oyunları bu kanallarda

Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün keçiriləcək oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Offside.com.az-ın xəbərinə görə, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək: AZƏRBAYCAN "İdman Azərbaycan" 21:00. "Austriya" - "Milan" 23:05. "Arsenal" - "Köln" TÜRKİYƏ "TRT 1" 21:00. "Başakşehir" - "Ludoqorets" "Tivibu Spor 2" 23:05. "Marsel"

FİFA reytinqində yeni lider: Azərbaycan 13 pillə gerilədi

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Offside.com.az saytının məlumatına görə, avqustla müqayisədə siyahıda bir sıra dəyişikliklər diqqət çəkir. Bu dəyişikliklərə DÇ-2018-in seçmə mərhələsinin və baş tutan yoxlama oyunları təsir edib. Seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.