Zappakosta vurduğu qoldan danışdı – “Ötürmə idi”

“Xoşbəxtəm.  “Stemford Bric”də fərqlənməyi bacardım. Buna görə çox sevinirəm.Bu cür debütü ancaq arzulamaq olardı”. Offside.com.az xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu  Davide Zappakosta Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına deyib.

Komandasının ikinci qolunun müəllifi olan  D.Zappakosta qələbə qazandıqları  üçün şad olduqlarını bildirib:  “Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı “oturduğundan”, qapıya getdi”.

İtaliyalı müdafiəçi ÇL-də ilk hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib: “Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq”.

586 baxış