“Seltik” azarkeşi Mbappeyə hücum etdi

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Seltik” – PSJ oyununda (0:5) insident baş verib.

Offside.com.az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsində “Seltik” azarkeşi meydana daxil olaraq, qonaqların hücumçusu Kilian Mbappeyə hücum edib.

PSJ-nin 3-cü qolu vurduqdan sonra meydana girən azarkeş fransalı hücumçuya xəsarət yetirə bilməyib. Mühafizəçilər onun qarşısını alıblar.

Qeyd edək ki, PSJ-nin 2-ci qolunu Mbappe vurub.

59 baxış