Poqba zədələndi

“Mançester Yunayted”in futbolçusu Pol Poqba zədələnib.

Offside.com.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda “Bazel”ə qarşı matçın 19-cu dəqiqəsində əzələsindən zədə alıb və Maruan Fellayni ilə məcburi əvəzlənib.

Oyundan sonra komandanın baş məşqçisi Joze Mourinyo fransalı yarımmüdafiəçinin zədəsi barədə bunları deyib: “Onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağını bilmirəm. Ancaq təcrübə göstərir ki, əzələsində problem olan futbolçular 1-2 həftə oynamırlar”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Bazel” görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

20 baxış